Con Hili: “Böyük Britaniya qoşun hazırlayır”

      Con Hili:    “Böyük Britaniya qoşun hazırlayır”
  21 Oktyabr 2025    Oxunub:750
Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Böyük Britaniya Ukraynaya qoşun göndərmək fikrindən daşınmır. Hərbi kontingentin yerləşdirilməsinin dəyəri 100 milyon funt sterlinqdən (135 milyon dollar) çox olacaq.
AzVision.az xəbər verir ki, Birləşmiş Krallığın Müdafiə naziri Con Hili Londonda lord-merin iqamətgahındakı çıxışı zamanı belə deyib.

“Sülh mümkündür. Əgər ABŞ prezidenti Donald Tramp sülhə nail ola bilsə, biz sülhün davamlılığının təminatına kömək etməyə hazır olacağıq. Bu, bizdən sərmayə qoymağı və qoşunlarımızı yerləşdirməyə hazırlamağı tələb edir”, - Böyük Britaniyanın Müdafiə naziri vurğulayıb.

Onun sözlərinə görə, Böyük Britaniyanın baş naziri Kir Starmer, lazım gələrsə, britaniyalı hərbçilərini Ukraynada quruda görmək istədiyini açıqlayıb.

- Mən artıq sülh şəraitində istənilən potensial yerləşdirməyə hazırlaşmaq üçün milyonlarla funt-sterlinq vəsaitin ayrılmasını sürətləndirmişəm. Mən xərclərin 100 milyon funt-sterlinqdən çox olacağını gözləyirəm”, - “Sky News” telekanalının yayımladığı çıxışında Con Hili bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britaniya   Ukrayna   qoşun  



Xəbər lenti