İrəvan İlham Əliyevin bəyanatını alqışlayıb

   İrəvan İlham Əliyevin bəyanatını alqışlayıb
  21 Oktyabr 2025    Oxunub:783
Ermənistan Respublikası Azərbaycan Respublikası Prezidentinin Ermənistan üçün malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır.
AzVision.az xəbər verir ki, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkələrdə belə paylaşım edib.

“Bu addım Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında sülhün institusionallaşdırılması üçün vacibdir”, - Bağdasaryan yazıb.

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb
Xatırladaq ki, bundan əvəvl Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə açıqlamasında ölkəmizin Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

Bu kontekstdə ilk belə tranzit yükü məhz Qazaxıstan taxılının Ermənistana daşınması olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan   tranzit  



Xəbər lenti