“Müstəqil məhkəmənin Polşa hökumətinə şübhəli şəxsi Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) çatdırmaq üçün ölkənin hava məkanında olacaq Putinin təyyarəsini dayandırmağı əmr etməyəcəyinə zəmanət verə bilmərik”, - Sikorski vurğulayıb.
Nazir, eyni zamanda, etiraf edib ki, Putin texniki baxımdan Türkiyə, Monteneqro və Serbiyanın hava məkanından keçən alternativ marşrutla Budapeştə uça bilər.
Radoslav Sikorski Viktor Orban hökumətinin Putini Macarıstana dəvət etmək qərarına da sərt münasibətini gizlətməyib.
- BCM-in qərarına əməl etməyə borclu olan Avropa İttifaqı (Aİ) üzvünün prezident Putini qəbul etməsi Macarıstanın özünü Qərbin yanında yox, Qərblə Rusiya arasında yerləşdirdiyini nümayiş etdirir”, - Polşa diplomatiyasının rəhbəri bildirib.
|
| CNN: “Tramp-Putin görüşü pozula bilər?” |
Polşa isə Moskvadan Budapeştə gedən ən qısa marşrut üzərində yerləşir. Daha əvvəl bildirilmişdi ki, Aİ-nin digər ölkəsi Bolqarıstan Rusiya prezidentinin uçuşuna mane olmayacağını vəd edib.
Xatırladaq ki, oktyabrın 16-da ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra tezliklə Budapeştdə görüşmək barədə razılığa gəldiklərini açıqlayıb.
Bununla belə, bəzi analitiklərin və KİV-lərin fikrincə, bu görüş baş tutmaya bilər. Yeri gəlmişkən, liderlər arasında görüşün hazırlanması əvvəlcə üçün ABŞ-nin Dövlət katibi Marko Rubio ilə Rusiyanın Xarici İşlər naziri Segey Lavrovun şəxsi təmaslarının olması nəzərdə tutulur. Lakin bununla bağlı onların keçirməli olduqları telefon danışığı təxirə salınıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


