"Amazon" yüz minlərlə işçini robotla əvəzləyəcək
Şirkət hazırda bütün dünya üzrə filiallarında 1 milyondan artıq robotdan faydalanır. Eyni zamanda, "Digit" adlı insanabənzər robotları da sınaqdan keçirir. Bildirilir ki, belə bir robotlaşma tendensiyası şirkətə qarşıdakı iki il ərzində 12,6 milyard dollar qazandıracaq. Bu, göstərilən dövr ərzində hər bir sifarişin göndərilməsi üzrə təxminən 30 sent qənaət deməkdir.
"The New York Times" yazır ki, qənaət məqsədilə robotları canlı insan qüvvəsinə dəyişən "Amazon" bu niyyətini ictimaiyyətdən gizlətməyə, "robot" və "süni intellekt" ifadələri öz məlumatlarında "yüksək avtomatik texnologiya" adı ilə göstərməyə çalışır. Şirkətin sözçüsü Kelli Nantel qəzetə açıqlamasında diqqətə çatdırıb ki, yayılan xəbər bütövlükdə "Amazon"un yox, yalnız müəyyən bir işçi qrupunun hazırladığı layihədir.
Firudin Həmidli
AzVision.az
Teqlər: Amazon işçi-qüvvəsi robot süni-intellekt







Vaxtında, Aydın, Lazımlı!


