Dublində iğtişaşlar yaşanıb | VİDEO

Dublində iğtişaşlar yaşanıb    | VİDEO
  22 Oktyabr 2025    Oxunub:542
İrlandiyada 10 yaşlı qızın afrikalı miqrant tərəfindən zorlanmasından sonra ölkənin paytaxtı Dublin şəhərində kütləvi etirazlar başlayıb.
AzVision.az “Sky News” telekanalına istinadən xəbər verir ki, qaçqınların məskunlaşdığı “Citywest” hotelinin qarşısında toplanan iki minə yaxın insan polislə toqquşub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına daşlar, butulkalar və atəşfəşanlıq vasitələri atılıb, etirazçılar polis furqonunu yandırıblar və lazer şüaları ilə helikopter heyətini kor etməyə cəhd göstəriblər.

Polis izdihamı geri çəkmək üçün su şırnaqlarından istifadə edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: İrlandiya   etirazlar  



Xəbər lenti