Avstraliya baş nazirinin təyyarəsi ABŞ-yə təcili eniş edib

Avstraliya baş nazirinin təyyarəsi ABŞ-yə təcili eniş edib
  22 Oktyabr 2025    Oxunub:871
Ekipaj üzvlərindən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən Avstraliyanın baş naziri Entoni Albanezenin təyyarəsi ABŞ-yə təcili eniş eməyə məcbur olub.
AzVision.az Amerikanın “ABC” telekanalına istinadən xəbər verir ki, Avstraliya hökumətinin başçısını daşıyan təyyarə Vaşinqtondan Kanberraya uçarkən ölkənin Hərbi Hava qüvvələrinin zabitlərindən birinin vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar Sent-Luisdə (ABŞ, Missuri ştatı) məcburi eniş edib.

“Səhhəti pisləşən hərbçi müayinə və müalicə üçün yerli tibb məntəqəsinə yerləşdirilib. Baş nazirin uçuşunun yaxın vaxtlarda bərpası planlaşdırılır”, - xəbərdə deyilir.

Xatırladaq ki, Avstraliyanın baş naziri Entoni Albaneze 20-21 oktyabrda Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ilk ikitərəfli danışıqlarından sonra Kanberraya qayıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Albeneze   təyyarə   eniş  



Xəbər lenti