Azərbaycanın müdafiə xərcləri açıqlanıb

Azərbaycanın müdafiə xərcləri açıqlanıb
  22 Oktyabr 2025    Oxunub:1272
Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyinə 5 milyard 211,9 milyon manat xərclənib.
AzVision.az xəbər verir ki. bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildiirlib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,6 % (702 milyon manat) çoxdur. Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərclərinin 62,1 %-i icra edilib.

Xatırladaq ki, bu ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 396,3 milyon manat ayrılıb.

AzVision.az


Teqlər: müdafiə   xərc  



Xəbər lenti