Axios: “ABŞ Rusiyaya üçqat zərbə hazırlayır”

      Axios:    “ABŞ Rusiyaya üçqat zərbə hazırlayır”
  22 Oktyabr 2025    Oxunub:867
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi oktyabrın 22-də Rusiyaya təzyiqi artırmaq məqsədi daşıyan üç qanun layihəsinə baxmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, Amerikanın “Axios” portal belə məlumat yayıb.

“Biz burada Rusiyaya təzyiq göstərmək üçün nə qədər çox şey edə biliriksə, bir o qədər də bunu etməliyik”, - Komitənin sədri senator Ceyms Riş portala açıqlamasında deyib.

Nəşrin məlumatına görə, komitə üç qanun layihəsini qəbul etmək niyyətindədir.

Birinci qaniun layihəsi Rusiyanın terrora sponsorluq edən dövlət kimi tanınması şərtini qoyur.

İkinci qanun layihəsi Moskvaya verdiyi dəstəyə görə Pekinə qarşı iqtisadi sanksiyaların tətbiqini təklif edir.

Üçüncü sənəd Rusiyanın ABŞ-də dondurulmuş aktivlərinin müntəzəm şəkildə hər 90 gündən bir yenidən bölüşdürülməsinivə həmin vəsaitlərin Ukraynaya köçürülməsini nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   sanksiyalar  



Xəbər lenti