Suriyada fransalı yaraqlılarla toqquşma yaşanıb
“Təhlükəsizlik qüvvələri Fransa hakimiyyəti tərəfindən axtarışda olan fransız döyüşçülərini həbs etmək üçün düşərgəyə qarşı genişmiqyaslı əməliyyata başlayıblar”, - xəbərdə deyilir.
Bundan əvvəl Fransanın “L'Express” nəşri Suriyanın İdlibin yerləşdiyi şimal-qərbində vətəndaş müharibəsi zamanı Suriyaya gələn və sonradan müxtəlif silahlı qruplaşmalara qoşulan təxminən 120 Fransa vətəndaşının yaşadığı ilə bağlı araşdırma dərc edib.
Suriyanın sabiq prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra “onların bəziləri silahı yerə qoyub, bəziləri üçün isə mübarizə hələ də davam edir”.
Fransa mediasının hesablamalarına əsasən, təxminən 1200-1700 insan Fransadan Yaxın Şərqə, ilk növbədə Suriya və İraqa gedib. Fransa ən çox vətəndaşının silahlı qruplaşmalara qoşulmaq üçün getdiyi Avropa ölkəsi sayılır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Suriya fransalılar toqquşma







Vaxtında, Aydın, Lazımlı!


