Rusiyalı diplomatların Avropada hərəkəti məhdudlaşdırılır

   Rusiyalı diplomatların Avropada hərəkəti məhdudlaşdırılır
  23 Oktyabr 2025    Oxunub:1274
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketi çərçivəsində Rusiya diplomatlarının ittifaq daxilindəki ölkələrdə sərbəst gediş-gəlişinə məhdudiyyət qoyulacaq.
Bu barədə ABŞ-nin "Politico" qəzeti Aİ-nin adı çəkilməyən rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilib ki, bütün ittifaq ölkələri sözügedən addım üzrə razılığa gəliblər.

"Düzdür, yeni sanksiyalar paketinin əsas amilləri iqtisadi məhdudiyyətlərdir, amma Rusiya diplomatlarının Aİ daxilində səyahətinin məhdudlaşdırılması Brüssel tərəfindən xüsusilə faydalı sayılır", – müsahib vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiya paketini bu gün təsdiqlənib. Sanksiyalara həmçinin Rusiya neftini daşıyan bir sıra xarici şirkət və tanker də tuş gəlib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   sanksiya   diplomat   məhdudiyyət  



Xəbər lenti