Tramp Cinpinlə oktyabrın 30-da görüşəcək

Tramp Cinpinlə oktyabrın 30-da görüşəcək
  23 Oktyabr 2025    Oxunub:628
ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin lideri Si Cinpinlə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə, Ağ Evin sözçüsü Kerolayn Livitt məlumat verib.

“Cümə axşamı yerli vaxtla səhər saatlarında prezident Tramp Çin lideri Si Cinpinlə ikitərəfli görüşdə iştirak edəcək”, - Livitt deyib.

Livitt həmçinin əlavə edib ki, Çin lideri ilə görüş ABŞ prezidentinin ASEAN sammitində iştirak edəcəyi Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərləri əhatə edən Asiya turunun yekununda baş tutacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti