İmamoğlu casusluqda təqsirləndirilir

   İmamoğlu casusluqda təqsirləndirilir
  24 Oktyabr 2025    Oxunub:1026
Türkiyənin İstanbul Baş Prokurorluğu şəhərin sabiq bələdiyyə sədri Əkrəm İmamoğlu və daha bir neçə şəxs barəsində casusluq ittihamı ilə istintaqa başlayıb.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, istintaq çərçivəsində həmçinin Əkrəm İmamoğlunun keçmiş kampaniya rəhbəri Nəcati Özqan, "Tele 1" telekanalının sahibi və baş redaktoru Mərdan Yanardağ da saxlanılıblar.

Bildirilib ki, bu gün səhər saatlarında adıçəkilən telekanalda və Mərdan Yanardağın evində polis axtarış aparıb, iş ilə əlaqədar müəyyən maddi sübutlar, o cümlədən məxfi hərbi sənədlər və xarici pasportlar aşkarlanaraq götürülüb.

İttihama görə, Əkrəm İmamoğlu, Nəcati Özqan və Mərdan Yanardağ "xarici ölkələrin lehinə casusluq fəaliyyətində, varlanmaq məqsədilə cinayət təşkilatı qurmaqda" təqsirləndirilirlər. Korrupsiya ittihamı ilə hazırda həbsdə saxlanılan Əkrəm İmamoğlu yeni ittihamlar əlaqədar bir daha dindiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İmamoğlu   casus   ittiham  



Xəbər lenti