Əliyevlə Sarkisyan arasında ciddi fikir ayrılığı var – Rəsmi Kreml

Əliyevlə Sarkisyan arasında ciddi fikir ayrılığı var –  Rəsmi Kreml
  11 Avqust 2014    Oxunub:4407
Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş baş tutdu.

Tərəflər arasında ciddi fikir ayrılıqları olduğundan danışıqlar olduqca çətin keçdi. Mövcud fikir ayrılıqları nəzərə alınarsa, keçirilən görüş olduqca aktualı idi. AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ruisiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Peskov vurğulayıb ki, Rusiyanın əsas məqsədi tərəfləri hər hansı bir qərarı verməyə məcbur etmədən Qafqazda sülh və sabitliyə nail olmaqdır. Hər şeydən öncə Rusiya tərəflərin özlərinin ümumi razılağa gələcəyi görüşlərin qarantı olmağa çalışır.

“Rusiya Qafqazda sülh və sabitliyin olmasını istəyir. Rusiyanın təşəbbüsü ilə baş tutan danışıqların əsas məqsədi də elə budur. Rusiya belə görüşlərin qarantı ola bilər. Cənab Putin bildirdiyi kimi tərəflər bir-birinə hörmətlə yanaşmalı və xoş niyyət göstərərək Qarabağ problemini həll etməlidir” – deyə, Peskov bildirib.

O, həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan Rusiya üçün olduqca əhəmiyyətlidir. Çünki bu ölkələrlə müxtəlif sahələr üzrə genişmiqyaslı əlaqələrə malikdir. Qarabağ məsələsi isə öz növbəsində bütün regionun inkişafına mane olur və Rusiya onun nizamlanmasını istəyir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti