Qaribaşvilinin ölkədən çıxışı qadağan olunub

Qaribaşvilinin ölkədən çıxışı qadağan olunub
  24 Oktyabr 2025    Oxunub:1129
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili bir milyon lari (təxminən 367,6 min ABŞ dolları) məbləğində girov müqabilində azadlığa buraxılıb.
AzVision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Tbilisi şəhər məhkəməsi müvafiq qərardad çıxararaq, zaminə buraxılması üçün 30 gün müddət təyin edib.

Baş Prokurorluğun tələbi ilə Qaribaşvilinin pasportu müsadirə olunub və istintaq başa çatana qədər onun ölkədən çıxışına qadağa qoyulub.

Sabiq baş nazir məhkəmə iclasında özü də iştirak edib. Onun vəkili Amiran Qiquaşvili müdafiə etdiyi şəxs ittiham üzrə özünü təqsirli bildiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qaribaşvili   məhkəmə   qadağa  



Xəbər lenti