Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək
  24 Aprel 2013    Oxunub:1250
Rabitə və informasiya texnologiyaları naziri ilə görüş mayın 8-də baş tutacaq
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun mayın 8-də Bərdə rayonunda (Bərdə, Ağdam, Yevlax, Tərtər, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, 598-38-18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılması xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.


Teqlər:





Xəbər lenti