Koreyada insanları bıçaqla hədələyən sərxoş Rusiya vətəndaşı saxlanılıb

Koreyada insanları bıçaqla hədələyən sərxoş Rusiya vətəndaşı saxlanılıb
  25 Oktyabr 2025    Oxunub:572
Cənubi Koreyanın paytaxtı Seul şəhərində sərxoş vəziyyətdə küçəyə iri bıçaqla çıxaraq insanları hədələməyə başlayan Rusiya vətəndaşı saxlanılıb.
Bu barədə AzVision.az “Life SHOT” telegram kanalına istinadən məlumat yayıb. Qeyd olunub ki, 34 yaşlı kişi Mun-donq rayonunda əlindəki bıçağı yelləyərək bir neçə mağazanın şüşələrini zədələyərək yoldan keçənləri qorxuya salıb. Hadisə yerinə gələn polis əməkdaşları ondan soyuq silahı atmasını tələb etsələr də, rus bundan imtina edib və hədə-qorxu gəlməyə davam edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı güllələrdən istifadə ediblər, bundan sonra həmin şəxsi saxlayıblar. KİV-in məlumatına görə, saxlanılan şəxs polisə mane olmaq və hədə-qorxu gəlməkdə ittiham olunur. Onun qaçqın vizası da var. Alkotesterin müayinəsi onun sərxoş olduğunu göstərsə də, qanında heç bir dərman tapılmayıb.

AzVision.az




Teqlər:



Xəbər lenti