Etirazçılar Rumıniya prezidentini fitə basıblar

Etirazçılar Rumıniya prezidentini fitə basıblar
  25 Oktyabr 2025    Oxunub:539
Rumınyanın Yassı şəhərində etirazçılar ölkə prezidenti Nişor Dananı fitə basıblar və Ukraynaya getməsini təklif ediblər.
AzVision.az xəbər verir ki, bu barədə “Agora Press” jurnalı məlumat yayıb. Hadisə dövlət başçısının Yassıda Milli Teatra səfəri zamanı baş verib. Dövlət başçısını binaya daxil olarkən onu etirazçılar qarşılayıb “Ayıb olsun!”, “satqın!”, “Ukraynaya qayıdın!” şüarları səsləndiriblər. Adamlardan biri “Sən ən zəif prezidentsən” ifadəsini işlədib.

Nəşrin məlumatına görə, Dan etirazçıların şüarlarına cavab verməyib və Milli Teatra getməzdən əvvəl sadəcə onlara salam verib.


AzVision.az



Teqlər:



Xəbər lenti