Tailand və Kamboca Trampın sayəsində sülh bağlayıb

Tailand və Kamboca Trampın sayəsində sülh bağlayıb
  26 Oktyabr 2025    Oxunub:1059
Tailand və Kamboca liderləri Kuala Lumpurda keçirilən 47-ci Asiya ölkələri Assosiasiyası (ASEAN) sammiti çərçivəsində atəşkəs sazişi imzalayıblar.
Mərasimdə ABŞ Prezidenti Donald Tramp da iştirak edib.

Tailandın Baş naziri Anutin Çarnvirakul və Kambocanın Baş naziri Hun Manet tərəfindən imzalanan sənəd iyul ayında əldə olunmuş ilkin sülh razılaşmasını genişləndirir. Tərəflər sərhəd bölgələrindən ağır artileriyanın çıxarılacağını və 18 kambocalı hərbçinin azad ediləcəyini bəyan ediblər.

Kambocanın hökumət başçısı Hun Manet bildirib ki, razılaşma tərəflər arasında etimadın bərpasına və uzunmüddətli sülhün təmininə şərait yaradacaq.

“Sərhəd icmalarımız illərlə qarşıdurmadan əziyyət çəkib. Bu sənəd münasibətlərimizin bərpası üçün yeni başlanğıcdır”, — o vurğulayıb.

Donald Tramp isə ABŞ-ın regionda sülh və əməkdaşlığı dəstəklədiyini qeyd edib:

“Birləşmiş Ştatlar hər iki ölkə ilə ticarət və investisiya sahəsində sıx əməkdaşlığı yalnız sülh şəraitində davam etdirəcək.”

Qeyd edək ki, iyul ayında baş verən və beş gün davam edən toqquşmalar nəticəsində azı 48 nəfər həlak olub, təxminən 300 min insan məcburi köçkünə çevrilib.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti