Azərbaycan karateçiləri Gürcüstanda qalib oldular

Azərbaycan karateçiləri Gürcüstanda qalib oldular
  26 Oktyabr 2025    Oxunub:1332
Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.
Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidməti xəbər verir ki, kyokşin karate üzrə yarışda AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun, baş məşqçi Anar Cəfərovun rəhbərliyi altında yeniyetmələrdən ibarət komanda iştirak edib.

Turnirdə Azərbaycan 11 idmançı ilə təmsil olunub. Kənan Həkimzadə gümüş, Məhəmməd Əliyev isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda 15 ölkədən 450-dən çox idmançı mübarizə aparıb.


Teqlər:






Xəbər lenti