Naməlum dronlar Moskvanı hədəfə alıb

Naməlum dronlar Moskvanı hədəfə alıb
  27 Oktyabr 2025    Oxunub:844
Oktyabrın 26-da gecə saatlarında Rusiyanın paytaxtı Moskva şəhəri gözlənilmədən “naməlum dronların” hücumuna məruz qalıb. Rusiya hakimiyyəti bütün dronların vurulduğunu bildirsə də, şəhərin hər yerində partlayışların əks-sədası eşidilib.
AzVision.az xəbər verir ki, Ukraynanın Dezinformasiyaya qarşı Mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenkoya və Rusiya mediasına istinad edən “RBK-Ukrayna” telekanalı belə məlumat yayıb.

“Daha ətraflı məlumat verməyən Kovalenko Moskvanın PUA-ların hücumuna məruz qalması barədə qısa açıqlama ilə kifayətlənib. Paytaxtdan çoxlu sayda foto və videolar yayımlayan Rusiya KİV-ləri bəzi ərazilərdə güclü partlayışların və tüstülərin yüksəldiyini göstəriblər. Rusiya televiziya kanalları Ukraynaya məxsus pilotsuz təyyarənin çoxmərtəbəli binanı vurduğunu iddia edir”, - telekanal vurğulayır.

Moskva şəhərinin meri Sergey Sobyanin hava hücumundan müdafiə (HHM) qüvvələrinin günün əvvəlindən altı PUA-nı vurduğunu bildirib. Onun sözlərinə ıqlarının düşdüyü yerlərdə təcili xidmətlərin əməkdaşları işləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   PUA   zərbələr  



Xəbər lenti