İlon Mask “Tesla” şirkətini hədələyib

İlon Mask “Tesla” şirkətini hədələyib
  28 Oktyabr 2025    Oxunub:808
Amerikalı sahibkar İlon Mask, səhmdarlar ona təqribən 1 trilyon dollar təzminat ödəməsə, “Tesla”dan gedəcəyi ilə hədələyib.
AzVision.az xəbər verir ki, “Tesla” şirkətinin direktorlar şurasının sədri xanım Robin Denholm “CNBC” telekanalının efirində belə deyib.

Sahibkarın fantastik təzminat tələbi ilə bağlı səsvermə noyabrın 5-nə qədər keçirilməlidir. İlon Maskı əvəzolunmaz adlandıran Robin Denholm elektrik avtomobil istehsalçısının gələcəyinin ondan asılı olduğunu iddia edib.

“İlonsuz “Tesla” dəyərini əhəmiyyətli dərəcədə itirə bilər. Çünki şirkətimiz “Tesla”nın necə subyekt olmasını istədiyimizə görə qiymətləndirilməyə bilərlər”, - şirkətin direktorlar şurasının sədri vurğulayıb.

“Tesla” daha əvvəl elektrik vatomobilləri satışlarının təxminən yarım milyon ədədə çatmasına rəğmən, 2025-ci ilin üçüncü rübündə xalis mənfəətinin 37 faiz azalaraq 1,37 milyard dollara düşdüyünü bildirmişdi.

Yeri gəlmişkən, oktyabrın əvvvəlində “Forbes Real-Time Billionaires” layihəsinin hesabatına əsasən, İlon Mask yeni tarixi zirvəni fəth edərək, dünyada sərvəti 500 milyard dolları keçən ilk insan olub. Eyni zamanda, onun tezliklə dünyanın ilk trilyonçusu ola biləcəyi ehtimalı da irəli sürülüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   Tesla   hədə  



Xəbər lenti