Estoniya: "Aİ "hərbi Şengen" yaratmalıdır"

      Estoniya:    "Aİ "hərbi Şengen" yaratmalıdır"
  28 Oktyabr 2025    Oxunub:966
"Avropa İttifaqı (Aİ) silah-sursatın bir ölkədən digərinə sürətli şəkildə ötürülməsinə imkan yaratmaq məqsədilə "hərbi Şengen" zonası formalaşdırmalıdır".
Bu sözləri Estoniyanın müdafiə naziri Hanno Pevkur İspaniyanın "El Pais" qəzetinə müsahibəsində dilə gətirib. O diqqətə çatdırıb ki, silah-sursatın sürətli çatdırılmasında formal sənəd işləri bu işə əngəl törədir.

"Məsələn, İspaniyadan Estoniyaya çatdırılma həyata keçirmək lazım gələrsə, hər hansı sənəd doldurmadan ən qısa müddətdə hərəkətə keçmək zəruridir. Bu məqsədlə "hərbi Şengen"ə ehtiyacımız var", – nazir bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Estoniya   Şengen   təklif  



Xəbər lenti