Tramp Yaponiyaya "F-35" satışını təsdiqləyib

   Tramp Yaponiyaya "F-35" satışını təsdiqləyib
  28 Oktyabr 2025    Oxunub:1183
ABŞ Prezidenti Donald Tramp Yaponiyaya "F-35" tipli hərbi təyyarələrin göndərilməsi barədə müqaviləni təsdiqləyib.
Bu barədə o özü Yaponiyanın Kanaqava vilayətində yerləşən "Yokosuka" aviabazasında "George Washington" təyyarədaşıyan gəmisinin heyəti ilə söhbətində məlumat verib. O diqqətə çatdırıb ki, təyyarələrin göndərilməsi mərhələli şəkildə baş verəcək.

"İlk partiya bu həftə ərzində Yaponiya Silahlı Qüvvələrinə təhvil veriləcək", – Donald Tramp söyləyib.

Məlumat üçün bildirək ki, Yaponiya ABŞ-dən Vaşinqtonun digər bütün müttəfiqlərindən daha çox sayda – ümumilikdə 147 ədəd "F-35" hərbi təyyarəsi alıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Yaponiya   F-35  



Xəbər lenti