Sindzo Abenin qatilindən etiraf

Sindzo Abenin qatilindən etiraf
  28 Oktyabr 2025    Oxunub:913
2022-ci ildə Yaponiyanın keçmiş baş naziri Şindzo Abeni güllələyərək öldürən 45 yaşlı Tetsuya Yamaqami cinayət işi üzrə məhkəmə proesinin ilk iclasında günahını etiraf edib.
AzVision.az xəbər verir ki, Yaponiyanın “Kiodo” agentliyi belə məlumat yayıb. Yaponiyanın keçmiş baş naziri Şindzo Abenin ölümü ilə bağlı məhkəmə prosesi oktyabrın 28-də Nara Dairə məhkəməsində başlayıb.

Abe 2006-2007 və 2012-2020-ci illərdə Yaponiyanın baş naziri vəzifəsini tutub və ölkə tarixində ən uzunmüddətli hökumət başçısı olub. O, 2022-ci il iyulun 8-də 67 yaşında qətlə yetirilib.

Abeyə sui-qəsd: Hakim partiya seçki kampaniyasını dayandırdı
Sabiq baş nazir Narada Liberal-Demokrat partiyasının seçki kampaniyası zamanı güllələnib. Yamaqami əldəqayırma silahla Abeyə iki atəş açıb, bundan sonra siyasətçi xəstəxanada ölüb.

Qatilin sözlərinə görə, cinayətin səbəbi onun anasının təqribən 100 milyon ien (600 min ABŞ dolları) bağışladığı və ailəsinin maliyyə iflasının günahkarı saydığı “Birlik kilsəsi”nə qarşı inciklik olub.

Müstəntiqlərin fikrincə, keçmiş baş nazirin ailəsinin bu təşkilatla əlaqəsi ola biləcəyini düşünən Yamaqaminin Abeni öldürmək qərarına gəldiyi istisna deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Abe   qatil   etiraf  



Xəbər lenti