FT: “Pokrovsk şəhərinin itirilməsi təhlükəsi var”
“Ukraynanın ön cəbəhədəki briqadalarında canlı qüvvənin çatışmaması rus qoşunlarının müdafiədəki boşluqları aşkarlamasını və bundan istifadə etməsini asanlaşdırıb”, - qəzet yazır.
Ukraynanın döyüş müşahidə qrupları Pokrovsk şəhərini ikiyə bölən dəmiryol xətlərinin cənubunda rus bölmələrinin olduğunu təsdiqləyib. Rusiyanın əsas hücum səyləri hələ də Pokrovsk-Myrnoqrad aqlomerasiyasına yönəlib.
Son bir ildə yavaş-yavaş bu iki şəhərin şimalına və cənubuna doğru irəliləyən Rusiya qüvvələri onları mühasirəyə almağa və ya pilotsuz təyyarələrinin əhatə dairəsinə mühüm logistik marşrutlar yerləşdirməyə çalışır.
Oktyabrın 26-da Ukrayna prezidenti Volodimir Zelenski rusların əsas zərbə qüvvələrini Pokrovska qarşı cəmlədiyini açıqlayıb.
Bundan əvvəl “Ukrainska Pravda” ən azı 250 rusiyalı döyüşçünün Pokrovskda olduğunu, silahlardan atəş açdığını və ukraynalı əsgərləri, o cümlədən pilotsuz təyyarə operatorlarını onların mövqelərində atəşə tutduğunu bildirmişdi. Pokrovsk və Myrnoqradın mühasirəyə alınması riski yaranıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


