Güclü qasırğa ABŞ-nin cənubunu çənginə alıb

   Güclü qasırğa ABŞ-nin cənubunu çənginə alıb
  28 Oktyabr 2025    Oxunub:851
Karib dənizində son illərin ən güclü təbiət hadisəsi sayılan "Melissa" qasırğası meydana gəlib.
"BBC" telekanalının yaydığı xəbərə əsasən, hazırda ABŞ-nin cənub-şərq istiqamətinə doğru yavaş hərəkətlə irəliləyən qasırğa dalğası Yamayka, Haiti və Dominikanda ümumillikdə 8 nəfərin ölümü ilə nəticələnib, habelə 28 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb. Yamayka hökuməti əhalini yüksəkliklərdə yerləşən sığınacaqlara getməyə çağırıb.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, qasırğanın maksimal sürəti saatda 282 kilometrə çatır. Qasırğa, eyni zamanda, güclü yağışla birlikdə müşayiət olunur.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   qasırğa  



Xəbər lenti