ABŞ-də yeni təyyarə sınaqdan keçirilib

   ABŞ-də yeni təyyarə sınaqdan keçirilib
  29 Oktyabr 2025    Oxunub:1229
ABŞ-nin Kaliforniya ştatında NASA ilə birgə hazırlanıb ərsəyə gətirilmiş yeni "X-59" səsdən sürətli hərbi təyyarəsinin ilk sınaq uçuşu baş tutub.
Bu barədə ölkənin "Lockheed Martin" müdafiə sənayesi şirkətinin mətbuat xidməti məlumat yayıb. Hərbi təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Skunk Works" mərkəzindən NASA-nın Kaliforniya ştatının Edvards şəhərində yerləşən "Armstrong" Uçuş Tədqiqat Mərkəzinə doğru uçub. Bildirilib ki, sınaq təyyarənin ilkin uçuş xüsusiyyətləri və performansı ilə yanaşı bütün tələblər üzrə uğurla həyata keçirilib.

"Skunk Works"un vitse-prezidenti və baş icraçı direktoru O.C.Sançez yeni hərbi təyyarəni "innovasiya və təcrübənin sübutu" adlandırıb. Onun sözlərinə görə, "Lockheed Martin" şirkəti səsdən sürətli texnologiyaların reallaşdırılmasında qabaqcıldır.

"Səsdən sürətli "X-59" həmçinin rekord dərəcədə səssiz uçuşa malikdir. Belə bir texnologiyanın həyata keçirilməsi mövcud təyyarələrdən iki dəfə sürətli yeni nəsil hava gəmilərinin yaradılmasına təkan verəcək", – o deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   təyyarə   sınaq  



Xəbər lenti