Moskva və Tokio uçuşların bərpasını nəzərdən keçirir

   Moskva və Tokio uçuşların bərpasını nəzərdən keçirir
  29 Oktyabr 2025    Oxunub:761
"Rusiya və Yaponiyanın aviaşirkətləri iki ölkə arasında birbaşa uçuşların açılması ilə əlaqədar müzakirələr aparır".
Bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ölkənin "İzvestiya" qəzetinə açıqlamasında dilə gətirib. Vurğulayıb ki, bu məsələnin reallaşması Yaponiya hökumətinin mövqeyindən asılıdır.

"Çünki yapon şirkətlərinin Rusiyaya uçuşları Moskva tərəfindən dayandırılmayıb. Bu, Tokionun qərarı idi. Hazırda şirkətlər arasında məsləhətləşmələr aparılır. Yaponiyanın cavabını gözləyirik", – o deyib.

Xatırladaq ki, Yaponiyanın aviaşirkətləri Ukraynada müharibə başlayandan bəri Rusiyanın hava məkanında uçuşları dayandırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Yaponiya   uçuş   bərpa  



Xəbər lenti