Qəzzada öldürülmüş jurnalistlərin sayı açıqlanıb

Qəzzada öldürülmüş jurnalistlərin sayı açıqlanıb
  29 Oktyabr 2025    Oxunub:774
İsrail ilə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı arasında Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bəri aparılan müharibədə ümumilikdə 256 media nümayəndəsi həyatını itirib.
Yerli mətbuatın rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, İsrail Ordusunun Qəzzaya son hücumu nəticəsində "Fələstin" qəzetinin müxbiri Məhəmməd Əl-Müniravi ölüb. Ərəb Jurnalistlər İttifaqı, Beynəlxalq Jurnalistlər İttifaqı media nümayəndələrini də hədəfə alan bu hücumların qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 9-da Fələstinin HƏMAS terror təşkilatı Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. Ötən günlərdə isə Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar. Eyni zamanda, Misirdə Yaxın Şərq Sülh Sammiti baş tutub. Hazırda atəşkəs üzrə danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   jurnalist   itki  



Xəbər lenti