Britaniyada minlərlə miqrant kazarmalara köçürüləcək
Hazırda bir miqrantın oteldə qalması hökumətə gündə 144–192 dollar başa gəlir. Daxili İşlər Nazirliyi bildirir ki, bu xərclərin azaldılması üçün sənaye zonalarında və digər müvəqqəti sahələrdə daha ucuz məskunlaşdırma variantları da nəzərdən keçirilir.
Bununla belə, ekspertlərin hesablamalarına görə, bəzi hallarda kazarmaların yenidən qurulması və uyğunlaşdırılması otellərdən daha baha başa gələ bilər.
Xatırladaq ki, son aylarda ölkədə miqrasiya ilə bağlı vəziyyət mübahisəli müzakirələrə səbəb olub. Bir müddət əvvəl isə qəribə hadisə baş vermişdi — bir miqrant səhvən həbsdən azad edildikdən sonra könüllü şəkildə geri qayıtmaq istəsə də, onu yenidən içəri buraxmayıblar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


