Ərdoğan Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edəcək
"Atatürk Beynəlxalq Sülh Mükafatımızı Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik. Dünyada sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səylərə görə ona minnətdarlığımı bildirirəm", - Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan Atatürk Beynəlxalq Sülh Mükafatı rəsmi dövlət mükafatıdır. Bu mükafat Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə uyğun olaraq, sülhə, beynəlxalq dostluğa və xoşməramlılığa xidmətlərinə görə təqdim olunur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


