Tsinpin: "Əlaqələri qorumalıyıq"

      Tsinpin:    "Əlaqələri qorumalıyıq"
  30 Oktyabr 2025    Oxunub:1131
"Çin və ABŞ bütün səviyyələrdə təmasları saxlamalı, regional və qlobal məsələlərdə əməkdaşlıq mühiti yaratmalıdır".
Bu sözləri Çin Prezidenti Si Tsinpin amerikalı həmkarı Donald Trampla Cənubi Koreyanın Busan şəhərində görüşünün yekununda mətbuata açıqlamasında söyləyib. O diqqətə çatdırıb ki, iqtisadi-ticari əməkdaşlıq Çin-ABŞ münasibətlərinin hərəkətverici qüvvəsinə çevrilməlidir.
ABŞ-Çin ticarət müqaviləsi imzalana bilər

O həmçinin son vaxtlar Vaşinqtonla Pekin arasında iqtisadi-siyasi gərginliyə, "tarif müharibələri" məsələsinə toxunaraq vurğulayıb ki, ölkəsinin hər hansı tərəfə qarşı meydan oxumaq niyyəti qətiyyən yoxdur.

Xatırladaq ki, 2019-cu ildən bəri ilk dəfə Donald Tramp və Si Tsinpin üçüncü ölkə ərazisində görüşüblər. Donald Tramp bu görüşü çox yüksək qiymətləndirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Çin   ABŞ   prezident   görüş  



Xəbər lenti