Merts Türkiyəyə gedib

   Merts Türkiyəyə gedib
  30 Oktyabr 2025    Oxunub:845
Almaniya Kansleri Fridrix Merts Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə yollanıb.
Yerli mətbuatın rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, onu rəsmi mərasimlə Prezident Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Hazırda tərəflərin təkbətək görüşü keçirilir. Ardınca geniş tərkibdə görüş baş tutacaq, liderlər birgə mətbuat konfransı verəcəklər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   kansler   Türkiyə   səfər  



Xəbər lenti