Respublikaçılar Trampın əleyhinə gediblər

Respublikaçılar Trampın əleyhinə gediblər
  31 Oktyabr 2025    Oxunub:1156
ABŞ Senatı bu həftənin əvvəlində Kanada və Braziliyaya tarifləri dayandırmaq üçün iki qətnamə qəbul etdikdən sonra prezident Donald Trampın qlobal tariflərinin ləğv olunmasına səs verib.
AzVision.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, 4 respublikaçı senator - Rend Pol, Mitç MakKonnell, Syuzan Kollins və Liza Murkokski ABŞ-nin Avropa İttifaqı (Aİ), Yaponiya və Cənubi Koreya kimi müttəfiqlərinə tarif artımlarını dayandırmaq üçün ikipartiyalı qətnaməyə səsvermədə demokratlara qoşulublar.

Bu səsvermə aprel ayında Senatda səslərin bərabərliyinə görə uğursuzluğa düçar olduqdan sonra təşəbbüsün yenidən nəzərdən keçirilməsi idi. Apreldə qətnamənin keçməməsində vitse-prezident Cey Di Vensin səsi həlledici rol oynamışdı. ABŞ qanunvericiliyinə əsasən, vitse-prezident həm də Senatın sədridir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   respublikaçılar   əleyhinə  



Xəbər lenti