İmamoğlunun müşaviri saxlanılıb

   İmamoğlunun müşaviri saxlanılıb
  31 Oktyabr 2025    Oxunub:1041
Türkiyənin İstanbul şəhərinin sabiq bələdiyyə sədri Əkrəm İmamoğlunun müşavirlərindən biri İbrahim Özqan İstanbul Baş Prokurorluğu tərəfindən saxlanılıb.
Yerli mətbuatın rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, o, prokurorluğun həyata keçirdiyi istintaq çərçivəsində tutulub.
İmamoğlu casusluqda təqsirli bilinib

Xatırladaq ki, oktyabrın 27-də hazırda həbsdə saxlanılan Əkrəm İmamoğlu irəli sürülən siyasi casusluq ittihamı üzrə təqsirli sayılıb. Eyni zamanda, onun keçmiş kampaniya rəhbəri Nəcati Özqan və "Tele 1" telekanalının sahibi Mərdan Yanardağ barələrində də məhkəmənin hökmü əsasında həbs qətimkan tədbiri seçilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   İmamoğlu   müşavir   həbs  



Xəbər lenti