Müharibə ayrı, ticarət ayrı

// Aİ Rusiyanın top-3 tərəfdaşından biridir

Müharibə ayrı, ticarət ayrı
  02 Noyabr 2025    Oxunub:1451
Avropa İttifaqı hələ də Rusiyanın üç ən böyük ticarət tərəfdaşından biri olaraq qalır. Almaniya İqtisadiyyat İnstitutunun hesablamalarına görə, 2024-cü ildə Rusiya ilə Aİ ölkələrinin ticarət dövriyyəsi €67,5 milyard avro olub.
Avropa İttifaqının üzvlərinin arasında Rusiya ilə ən çox ticarətinə malik ölkə Almaniyadır: $9,5 milyard. Bu, hələ Ukraynada müharibə başlayandan sonra 92% azalmış göstəriсidir.

İknci yerdə Fransa və Niderland gəlirlər. Onların Rusiya ilə ticarət dövriyyəsi 6 milyard dollardan bir qədər çoxdur.

Müharibə başlayandan sonra Macarıstanın Rusya ilə ticarət dövriyyəsi 31% artıb və hazırda $6,2 milyarddır.

“Bild” qeyd edir ki, Ukrayna müharibəsi başlayandan sonra İsrail Rusiyadan neft almağı 240% artırıb. Rusiyadan idxalı artıran ölkələrin arasında Ermənistan (+423%), Özbəkistan (+135%), Türkiyə (+53%) və Misir (+70%) də var.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Rusiya    



Xəbər lenti