Əfqanıstanda güclü zəlzələ yaşanıb : ölənlər var

   Əfqanıstanda güclü zəlzələ yaşanıb   : ölənlər var
  03 Noyabr 2025    Oxunub:704
Əfqanıstanın şimalındakı Samanqan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, Özbəkistanın Fövqəladə Hallar nazirliyinin Seysmoloji proqnozlaşdırma monitoriq mərkəzi belə məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələ yerli vaxtla 01:29-da baş verib. Zəlzələnin 30 kilometr dərinlikdə yerləşən episentrində yeraltı təkanların gücü 7 ball təşkil edib.

ABŞ-nin Geoloji Xidməti, öz növbəsində, zəlzələnin təxminən 523 min insanın yaşadığı Məzari-Şərif şəhəri yaxınlığında 28 kilometr dərinlikdə baş verdiyini bildirib.

Yerli hakimiyyət orqanlarına istinad edən “Reuters” agentliyinin məlumatına əsasən, təbii fəlakət nəticəsində ən azı 20 adam həlak olub, 300-ə yaxın insan isə xəsarət alıb.

- Ən çox dağıntı və tələfat şimaldakı Samanqan və Bəlx əyalətlərində, xüsusilə Taşkurqan şəhərində qeydə alınıb. Zəlzələnin dalğaları çox güclü olub və ölənlərin sayı arta bilər”, - Taliban hökumətinin Milli Olimpiya Komitəsinin və Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiqin “Facebook” sosial şəbəkəsində paylaşım edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Əfqanıstan   zəlzələ  



Xəbər lenti