Ukrayna Rusiyada neft emalı zavodunu vurub | VİDEO

 Ukrayna Rusiyada neft emalı zavodunu vurub    | VİDEO
  03 Noyabr 2025    Oxunub:675
Noyabrın 3-nə keçən gecə Rusiyanın Saratov şəhərində partlayış səsləri eşidilib.
AzVision.az Ukrayna və Rusiya Teleqram-kanallarına istinadən xəbər verir ki, Saratov Neft Emalı zavodu PUA-ların hücumuna məruz qalıb.

“Görüntülərə əsasən, qurğu şəbəkə ilə örtülüb. Video-materialda artıq zavodun qərb hissəsində, ola bilsin ki, saxlama çənlərinin yaxınlığında yanğın mənbəyi görünür”, - məlumatda deyilir.

“Dnepr Osint” layihəsinin analitikləri də daha əvvəl eyni qənaətə gəliblər.

Yeri gəlmişkən bu il oktyabrın 16-da Ukrayna Silahlı qüvvələri Saratov Neft Emalı zavoduna zərbələr endirib. Bu zavod Rusiyanın ən qədim neft emalı zavodlarından biridir. 2023-cü ildə onun neft emalı gücü 4,8 milyon ton təşkil edirdi.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Saratov   zərbə  



Xəbər lenti