ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirməyə hazırlaşır

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirməyə hazırlaşır
  03 Noyabr 2025    Oxunub:420
ABŞ hökuməti nüvə başlığı daşımaq gücünə malik "Minuteman 3" qitələrarası ballistik raketinin (ICBM) sınaq buraxılışını həyata keçirməyə hazırlaşır.
AzVision.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu, ABŞ Prezidenti Donald Trampın nüvə silahı sistemlərinin yenidən yoxlanılması barədə verdiyi göstərişdən sonra keçiriləcək ilk sınaq olacaq.

Raket Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr Bazasından buraxılacaq və Marşall adalarında yerləşən Ronald Reyqan adına raket müdafiə poliqonuna istiqamətlənəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti