Rusiya Odessa vilayətinə zərbələr endirib

Rusiya Odessa vilayətinə zərbələr endirib
  04 Noyabr 2025    Oxunub:745
Noyabrın 4-nə keçən gecə Rusiya hərbçiləri Ukraynanın Odessa vilayətində liman və enerji infrastrukturu obyektlərinə PUA-larla hücum ediblər.
AzVision.az xəbər verir ki, Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri Oleq Kiperin məlumatına görə, bu gecə Odessa bölgəsi mülki liman və enerji infrastrukturuna zərbə vuran iki kütləvi pilotsuz təyyarə zərbəsinə məruz qalıb.

“Zərbələr yanğınlara səbəb olub, yol səthlərinə, sənaye binalarına və avadanlıqlara ziyan vurub. Xilasedicilər tez bir zamanda alovu söndürüblər”, - Oleq Kiper bildirib.

Bundan başqa, noyabrın 4-nə keçən gecə Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin Sinelniki rayonundakı Nikolayev icmasına raket və pilotsuz təyyarələrlə zərbə endirib. Hücum nəticəsində 65 yaşlı qadın ölüb, 8 nəfər isə yaralanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Odessa   zərbələr  



Xəbər lenti