İraq benzin idxalını dayandırır

   İraq benzin idxalını dayandırır
  04 Noyabr 2025    Oxunub:789
İraq hökuməti ölkənin benzin, kerosin və ağ neft üzrə özünütəmin səviyyəsinə çatdığını nəzərə alaraq bu məhsulların idxalını dayandıracağını bildirib.
Bu barədə İraqın Baş naziri Məhəmməd Əs-Sudani müvafiq fərman imzalayıb. Məlumata əsasən, son 3 ildə özünütəmin səviyyəsinə çatmaq məqsədilə görülən əhəmiyyət səylər nəticəsində adları çəkilən məhsulların yerli istehsalı daxili istehlakı üstələyib. Ona görə də hökumət başçısı benzin, kerosin və ağ neftin idxalının dayandırılması ilə əlaqədar əmr verib.

Eyni zamanda, bildirilib ki, yerli istehsal ağ neftin digər ölkələrə ixracı da nəzərdən keçirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İraq   neft   idxal   ixrac  



Xəbər lenti