Məmurlara avtomobil QADAĞASI

Məmurlara avtomobil QADAĞASI
  12 Avqust 2014    Oxunub:5791
Rusiya Dövlət Duması yaxın vaxtlarda Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdən avtomobil alınmasını qadağan edən qanun layihəsini qəbul edə bilər.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Müvafiq qanun layihəsi Rusiya Dövlət Dumasının deputatı Vadim Solovyev tərəfindən hazırlanlıb.

Solovyevin sözlərinə görə, Rusiya dövlət hesabına xaricdə istehsal olunan avtomobillərin alışını qadağan etməklə müstəqil iqtisadiyyat olmaq imkanı əldə edəcək. O, həmçinin bu addımın Rusiyada avtomobil istehsalına və onun keyfiyyətinin artmasına təkan verəcəyini bildirib.

Hazırda rusiyalı məmurlar arasında ən populyar avtomobillər “Mercedes” və “Audi” markalı avtomobillərdir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti