Bloomberg: “Türkiyə S-400-lərdən imtina etməyəcək”

      Bloomberg:    “Türkiyə S-400-lərdən imtina etməyəcək”
  06 Noyabr 2025    Oxunub:716
ABŞ administrasiyasının tələblərinə baxmayaraq, Türkiyə hakimiyyəti Rusiyanın S-400 zenit-raket komplekslərindən (ZRK) tamamilə imtina etmək niyyətində deyil.
AzVision.az bildirir ki, məlumatlı mənbələrə istinad edən “Bloomberg” agentliyi belə xəbər yayıb.

“Türkiyə rəsmiləri S-400 sistemlərinin davamlı istifadəsində güzəştə getməyə hazır olduqlarını bildiriblər. Lakin Ankara Vaşinqtonun Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin istifadəsindən tamamilə imtina tələbini rədd edib”, - agentlik yazır.

Mənbələrin sözlərinə görə, Türkiyə hakimiyyəti bu sistemlərin istifadəsinə nəzarət üçün “birgə hərbi mexanizm”in yaradılmasını müzakirə etməyə hazırdır.

Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd divizion S-400 HHM sistemləri alıb. 2019-cu ilin oktyabrında “Rosoboroneksport” bu sistemlərin tədarükü üçün müqavilənin tam şəkildə yerinə yetirildiyini elan edib.

S-400-lərin alay dəstinin tədarükü ilə bağlı razılaşmadan sonra Türkiyə Amerikanın yeni nəsil F-35 qırıcı təyyarələrinin hazırlanması proqramından kənarlaşdırılb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   S-400  



Xəbər lenti