ABŞ-də kosmik uçuşlar da dayandırılır

   ABŞ-də kosmik uçuşlar da dayandırılır
  06 Noyabr 2025    Oxunub:693
ABŞ hökumətinin, artıq bir aydan çoxdur ki, fəaliyyətini dayandırması (şatdaun) ilə əlaqədar ölkədə kosmosa buraxılış əməliyyatları məhdudlaşdırılacaq.
Bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Brayn Bedford yerli mətbuata məlumat verib. O bildirib ki, kommersiya uçuşlarının təhlükəsizliyi şatdaun səbəbi ilə sual altında qaldığı üçün müxtəlif tədbirlər görülür. Bu çərçivədə kosmik uçuşlara da məhdudiyyətlər qoyulacaq.

Xatırladaq ki, oktyabrın 1-də ABŞ federal hökuməti qismən "bağlanıb". Bu – şatdaun respublikaçılar ilə demokratların büdcə xərcləri üzrə razılığa gələ bilmədikləri üçün baş verib. Bu çərçivədə dövlət təşkilatları öz işini dayandırıb, sosial proqramlar dondurulub, yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndərilib. Şatdaun ölkə üzrə bütün sahələrə öz mənfi təsirini göstərib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   şatdaun   kosmos   uçuş  



Xəbər lenti