Vaşinqtonun meri korrupsiyada şübhəli bilinir

   Vaşinqtonun meri korrupsiyada şübhəli bilinir
  07 Noyabr 2025    Oxunub:705
ABŞ paytaxtının Müriel Bouzer 2023-cü ildə Qətər tərəfindən ödənilmiş Doha səfərinə görə Ədliyyə nazirliyinin korrupsiya araşdırması ilə üzləşib.
AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrinin məlumatına görə, aylarla davam edən təhqiqat rüşvətxorluq və seçki kampaniyalarının maliyyələşdirilməsi qanunlarının mümkün pozuntularına fokuslanıb.

Bununla belə, meriyanın Qətərdən rüşvət ittihamı üçün tələb olunan hər hansı güzəştli preferensiyalar almasına dair hələlik heç bir sübutun olmadığı deyilir. Xanım Bouzerin ofisi Dohaya səfərin “işgüzar” xarakterli olduğunu və bütün sənədlərin lazımi qaydada tərtib edildiyini bildirib.

“İstintaq “WJLA” telekanalının Qətərin Dubayda BMT-nin iqlim konfransı ərəfəsində Bouzer və digər işçilərin Dohaya uçuşları üçün 61 min dollardan çox pul ödədiyini iddia etməsindən sonra başlayıb. Jurnalistlərin sorğusunun cavabında meriya əvvəlcə xərclərin Kolumbiya Ticarət Palatası tərəfindən ödənildiyini iddia edib”, - NYT vurğulayır.

Lakin sonra bildirilib ki, xərclərin bir hissəsi böyük şəhərlərin liderlərini birləşdirən bitaraf təşkilat olan ABŞ Merlərin Konfransı tərəfindən ödənilib. Lakin konfrans təşkilatçıları xərclərin yalnız bir hissəsini öz üzərinə götürüblər.

Nəşrin iddiasına görə, Vaşinqton meri ilə bağlı təhqiqat ABŞ prezidenti Donald Trampın Ədliyyə nazirliyindən onun siyasi opponentləri sayılan şəxslərin mühakimə olunması barədə açıq şəkildə tələbindən və buna əməl etməyən prokurorları işdən çıxarmasından sonra başlayıb.

Trampın iddia edilən düşmənlərindən ikisi artıq ABŞ-də ittiham olunub: Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi və əvvəllər Trampı məhkəməyə vermiş Nyu-Yorkun baş prokuroru Letitsia Ceyms.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vaşinqton   mer   korrupsiya  



Xəbər lenti