Fələstin tərəfdarları Almaniyada televiziya kanalını ələ keçiriblər
Hadisə günorta saatlarında Unter den Linden küçəsində yerləşən "ZDF" studiyasında baş verib. Təxminən 15 nəfər açıq qapılardan içəri daxil olaraq binaya girib. Onlar mühafizəçilərin göstərişlərinə baxmayaraq, binanı tərk etməkdən imtina ediblər.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. ZDF rəhbərliyi etirazçılara görüş təklif edib, lakin onlar bu təklifdən imtina ediblər.
Etirazçılar foyeyə gətirdikləri səs sistemi vasitəsilə uşaqların ağlamasını əks etdirən səs yazısını səsləndiriblər. Bir neçə dəqiqə sonra hüquq-mühafizə orqanları fəalları binadan çıxara bilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


