AP-nin hərəkəti Pekini hiddətləndirib

   AP-nin hərəkəti Pekini hiddətləndirib
  08 Noyabr 2025    Oxunub:941
Tayvanı dəstəkləyən Çin üzrə Parlamentlərarası Alyansın iclasının Avropa Parlamentinin (AP) binasında keçirilməsinə etiraz edən Pekin Avropa İttifaqına (Aİ) təqdimat ünvanlayıb.
AzVision.az xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) Aİ-dəki nümayəndəliyi belə məlumat yayıb.

“Çin bununla bağlı qətiyyətli və kəskin narazılığını bildirir. Belə hərəkətlər ÇXR-in əsas maraqlarına ciddi zərbə vurur, bir Çin prinsipini kobud şəkildə pozur, Çinin daxili işlərinə qarışır və Çin ilə Aİ arasında siyasi etimadı ciddi şəkildə sarsıdır”, - diplomatik nümayəndəliyin yaydığı bəyanatda deyilir.

Bəyanatda xatırladılır ki, Tayvan məsələsi “Çinin təməl maraqlarına aiddir və toxunulmaz qırmızı xəttdir”. Bir Çin prinsipi Pekinlə Aİ arasında diplomatik münasibətlərin qurulmasının və inkişafının əsasını təşkil edir.

- ÇXR bir daha Aİ-ni tək Çin prinsipinə riayət etməyə, Tayvanın müstəqillik cəhdlərini dəstəkləməyi və buna göz yummağı, separatçı qüvvələrə hər hansı yalan siqnallar göndərməyi dayandırmağa və mənfi nəticələrin aradan qaldırılması üçün konkret tədbirlər görməyə çağırır”, - Çinin Aİ-dəki diplomatik nümayəndəliyinin bəyanatında vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin     etiraz  



Xəbər lenti