Rusiyanın qızıl ehtiyatlarının dəyəri artıb

Rusiyanın qızıl ehtiyatlarının dəyəri artıb
  11 Noyabr 2025    Oxunub:1225
Rusiyanın qızıl ehtiyatlarının dəyəri rekord həddə – 300 milyard dollara yaxınlaşıb.
AzVision.az bu barədə Rusiya Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 1995-ci ilin qışından bəri ən yüksək səviyyədir.

Oktyabrda ölkədə qızılın payı ümumi ehtiyatlarda 39,6%-dən 41,3%-ə yüksəlib. Beləliklə, qızıl investisiyaları 6,2% artaraq 299,8 milyard dollara çatıb. Bu, ardıcıl üçüncü ayda müşahidə olunan rekord artımdır.

Qeyd edək ki, ümumilikdə Rusiyanın beynəlxalq ehtiyatları 725,8 milyard dollara qədər yüksəlib.

AzVision.az



Teqlər:



Xəbər lenti