Politico: “Epşteyn Tramp barədə Rusiyaya məlumat təklif edirmiş”

      Politico:    “Epşteyn Tramp barədə Rusiyaya məlumat təklif edirmiş”
  13 Noyabr 2025    Oxunub:779
İntihar edən azyaşlılar da daxil olmaqla qadın alverində ittiham olunan maliyyəçi Cefri Epşteynin ABŞ Konqresinin müstəntiqləri tərəfindən açıqlanan elektron məktublar onun Donald Tramp haqqında məlumatlar ötürmək üçün rus diplomatları ilə əlaqə yaratmağa cəhd göstərdiyindən xəbər verir.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, 2018-ci ildə Rusiya prezidenti Vladimir Putinlə görüşündən əvvəl ABŞ prezidentini başa düşmək üçün Epşteynin özünü açar kimi göstərdiyi sızdırılan yazışmaları, maliyyəçinin Rusiya liderlərinə, o cümlədən Xarici İşlər naziri Sergey Lavrova Donald Tramp haqqında insayder məlumatları təklif etdiyini sərgiləyir.

Epşteynin ruslara məlumat ötürmək cəhdlərini ortaya qoyan mərkəzi epizod onun 2018-ci il iyunun 24-də Avropa Şurasına (AŞ) rəhbərlik edən Norveçin keçmiş baş naziri Törbyorn Yaqlanda ünvanladığı məktubudur. Helsinkidə Tramp-Putin sammitindən bir ay əvvəl göndərdiyi məktubda Epşteyn ruslara Trampı daha yaxşı başa düşməyə kömək etməyə hazır olduğunu bildirib.

“Məncə, siz Putinə Lavrovun mənimlə danışaraq məlumat almasını təklif edə bilərsiniz”, - Rusiya XİN-in rəhbəri Sergey Lavrovu nəzərdə tutan Epşteyn yazıb.

Tramp “Epşteyn işi”nin açıqlanmasını tələb edib | VİDEO
ABŞ Konqresinin müstəntiqlərinin açıqladığı yazışmalarda Epşteyn 2017-ci ildə vəfat edən Rusiyanın BMT-dəki keçmiş daimi nümayəndəsi Vitali Çurkinlə söhbətlərini də xatırladıb.

- Çurkin gözəl insan idi. O, bizim söhbətlərimizdən sonra Trampı başa düşdü. Bu çətin deyil. Bunu başa düşmək üçün sadəcə baxmaq lazımdır, hər şey bu qədər sadədir”, - Epşteyn vurğulayıb.

Yazışmalardan bəlli olur ki, təklifi qəbul edən Yaqland ertəsi gün Lavrovun köməkçisi ilə görüşərək ona Epşteynlə əlaqə saxlamağı təklif edəcəyini bildirib. Bu əlaqənin sonda baş verib-vermədiyi və ya hər hansı bir məlumatın həqiqətən də ötürüldüyü bilinmir.

Trampın tənqidinə səbəb olan Helsinki sammitindən sonra Epsteyn onun nəticələrini digər nüfuzlu şəxslərlə müzakirə edib. Epşteynə görə, Trampın “baş verənlərin simvolizmi və ya daha dərin mənası barədə heç bir anlayışı yoxdur”.

“Açıqlanan elektron məktublar prezident Trampın səhv bir şey etmədiyindən başqa heç nəyi sübuta yetirmir”, - Ağ Evin mətbuat katibi Kerolayn Levitt Konqres müstəntiqlərinin açıqladığı məlumatı şərh edərkən deyib.

Amerika lideri Donal Tramp isə, özünün “Truth Social” sosial şəbəkəsində Epşteynin elektor məktubları ətrafında yaranan hay-küyü “demokratların diqqəti ABŞ hökumətinin bağlanması (şatdaun) ilə bağlı problemlərdən yayındırmaq üçün növbəti cəhdi” adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Epşteyn   Rusiya   yazışmalar  



Xəbər lenti