KOBİA-nın siyasəti öz praktik nəticəsini verir

   KOBİA-nın siyasəti öz praktik nəticəsini verir
  14 Noyabr 2025    Oxunub:1067
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Avropa İttifaqının (Aİ) dəstəyi ilə hazırlanan “EU Business Climate Report: Azerbaijan 2024” hesabatında effektivlik baxımından bütün dövlət qurumları arasında birinci yeri tutub.
Bu, Azərbaycanda KOB sektoruna yönəlmiş və KOBİA tərəfindən icra edilən institusional siyasətin artıq ölçülə bilən real təsir yaratdığını və bunun beynəlxalq səviyyədə tanındığını göstərir. Son illər KOBİA tərəfindən sahibkarlıq mühitinin sadələşdirilməsi, xidmətlərin modernləşməsi və biznes-dövlət əlaqələrinin çevikləşməsi istiqamətində atılan addımlar öz praktiki nəticəsini verir.

Xüsusilə “KOB evləri” modelinin Aİ tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil. Bu model sahibkarlara “tək pəncərə” rahatlığı ilə xidmət göstərir, bürokratik yükü azaldır, biznesin gündəlik ehtiyaclarına real cavab vermək üçün yaradılıb.

Fikrimcə, hesabatın nəticələrində ən çox diqqət çəkən amillərdən biri “KOB Dostları” şəbəkəsinin roludur.

Çünki paytaxtda və regionlarda real sahədə bizneslə birbaşa təmasda olan, sahibkarın problemini dinləyən, həll yolları axtaran və həqiqətən də “dost” funksiyasını yerinə yetirən məhz bu komandadır. “KOB Dostları” illərdir bölgələrdə gənc və peşəkar dövlət xidmətinin yeni modelini formalaşdırır.

Artıq 6 ildir fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi dövlət xidmətinə ənənəvi yanaşmanı tamamilə dəyişdirərək regionlarda sahibkarlar üçün dayaq nöqtəsinə çevrilib. Bu gün əldə olunan yüksək beynəlxalq qiymətləndirmə də məhz həmin uzunmüddətli əməyin, davamlı fəaliyyətin və sahə ilə canlı iş prinsipinin məntiqi nəticəsidir.


Eldəniz Əmirov, iqtisadçı-ekspert
AzVision.az



Teqlər: KOBİA     qalib  



Xəbər lenti